Ən çox pul qazanan futbolçu kökəlib sıradan çıxdı

14 Sentyabr, 2017 11:05 | İdman | Baxış sayı: 250
Karlos Teves
Karlos Teves

Məşqçi onu oyuna çıxarmaqdan imtina edib

Ən çox qazanan futbolçu ehtiyat oyunçular sırasına düşdü. İstiPress-in məlumatına görə, Karlos Teves planetin ən çox gəlir əldə edən oyunçusu olub. Lakin o indi Şanxayın "Şanxay Şenxua" klubunun əsas heyətindən çıxarılıb.  Buna səbəb isə artıq çəkidir. 

Komandanın yeni baş məşqçisi Vu Tsinsu deyib ki, ulduz forvard yaxın zamanda keçiriləcək matçalarda stadiona çıxmayacaq. 

"Teves fiziki cəhətədən hazır deyil. Onun çəkisi çoxdur. Mən komandaya görə məsuliyyət daşıyıram". 

33 yaşalı Karlos Şanxay klubuna 2016-cı ilin dekabrda keçib. Bundan sonra o ən yüksək maaşlı futbolçu adını qazanıb. Belə ki, Teves idə 38 milyon avro qazanır. 

Bu mövsümdə argentinalı oyunçu iki qol vurub, dörd qol ötürməsi edib.