"Qarabağ" ÇL-dan çıxdı

14 Avqust, 2019 08:44 | İdman | Baxış sayı: 62
"Qarabağ" matçı
"Qarabağ" matçı

Mübarizə Avropa Liqasının pley-off mərhələsində davam edəcək

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” da Tofiq Bəhramov adına Respublika Stadionunda növbəti matçına çıxıb.

Ağdam təmsilçisi Kiprin APOEL klubunu qəbul edib. Səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası Kiprdə məğlub olub. APOEL klubu rəqibin qapısından 2 top keçirib. Qolların müəllifləri  De Vinsenti və Matiç olub. 

Qeyd edək ki, "Qarabağ" mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Azərbaycan təmsilçisi Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.