Futbolsevənlərin bayramı başlayır

14 İyun, 2018 09:00 | İdman | Baxış sayı: 56
Futbol topu
Futbol topu

Mundial bir ay davam edəcək

Bu gün Moskvada futbol üzrə 2018-ci il dünya çempionatı başlayır. XXI mundialın Bakı vaxtı ilə saat 18:30-da başlanacaq açılış mərasimi “Lujniki” stadionunda keçiriləcək. 

Mərasimə 20-dən çox ölkənin başçısı, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev də qatılacaq.

Mundialın ilk oyunu meydan sahibi Rusiya millisi ilə Səudiyyə Ərəbistanı yığması arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Çempionat iyulun 15-də bitəcək. Oyunlar Rusiyanın 11 şəhərində - keçiriləcək.