Dünya çempionatında ilk qol vuruldu

14 İyun, 2018 19:27 | İdman | Baxış sayı: 138
Rusiya 2018
Rusiya 2018

Hazırda açılış oyununda Rusiya və Səudiyyə Ərəbistanı yığmaları qarşılaşır.  Oyunu argentinalı Nestor Pitana idarə edir. Bu dəqiqələrdə Rusiya komandası 1:0 hesabı ilə irəlidədir.

Ümumilikdə iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.

Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi ("Fişt"), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.

İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

Rusiya 2018 dünya futbol çempionatının açılış mərasimi
Rusiya 2018 dünya futbol çempionatının açılış mərasimi

18:48

4 ildir həyəcanla gözlənilən futbol üzrə dünya çempionatı rəsmən başladı.

İstiPress-in məlumatına görə, bu dəqiqələrdə Moskvada “Lujniki” stadionunda açılış mərasimi başlayıb. Rusiya prezidenti Vladimir Putin açılış mərasimində çıxış edib.

Mərasimdən sonra - 19:00-da mundialın ilk matçı başlayacaq. Açılış matçında ev sahibi Rusiya Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

Rusiya 2018 dünya futbol çempionatı
Rusiya 2018 dünya futbol çempionatı