Azərbaycanlı idmançı 20-ci dəfə çempion oldu FOTO

14 Mart, 2017 09:07 | İdman | Baxış sayı: 181
Azərbaycanlı idmançı 20-ci dəfə çempion oldu
Azərbaycanlı idmançı 20-ci dəfə çempion oldu

O həm də öz rekordunu təzələdi

Pauerliftin üzrə Azərbaycan idmançısı  Rövşən Xəlilov 20-ci dəfə ölkə çempionu olub. İstiPress xəbər verir ki, 67 kq çəki dərəcəsində o 252 kq-lıq ştanqı başı üzərinə qaldıraraq bütün rəqiblərindən üstün olub və özünün rekordunu təzələyib. Mingəçevir şəhərini təmsil edən Rövşən buna qədər 1 dəfə Avropa və dünya çempionu tituluna yiyələnib. Hazırda idmançımız Finlandiyada keçiriləcək Avropa, Moskvada baş tutacaq dünya çempionatına hazırlaşır. Atletimiz həm də FHN-nin XRXX-nin əməkdaşıdır.

100-ə yaxın idmançının qatıldığı Azərbaycan çempionatında Gəncə, Astara, Tovuz, Sumqayıt kimi şəhərlərlə yanaşı Quba ağırlıqqaldıranları da debüt edib. Qadınlar arasında Könül Quliyeva və Zərifə Hüseynova rəqiblərindən fərqlənib.