ABŞ-a köçən Hakan Şükür "Uber"də çalışır
Türkiyədə haqqında həbs qərarı çıxarılan və əmlakı müsadirə edilən məşhur futbolçu Hakan Şükür Amerika Birləşmiş Ştatlarında sürücü işləyir. Türkiyə mətbuatının məlumatına görə, Dünya çempionatlarında vurulan ən erkən qolun, eləcədə ən çox qol vuran türk futbolçu kimi tanınan H.Şükür "Uber"də çalışır.
Məlumata görə, bundan öncə o ABŞ-da kafe açıb. Lakin işlər istədiyi kimi getməyib. Buranı bağladıqdan sonra isə sürücülük və kitab satışı ilə məşğul olmağa başlayıb.
Qeyd edək ki, 2015-ci ildə ABŞ-a mühacirət edən H.Şükürün haqqında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddiası ilə həbs qərarı verilib. Bütün əmlakı dondurulumuş atasının məhkəməsi isə hazırda davam edir.
Onun ailə üzvlərinin də əmlakları müsadirə olunub.