Messi Barselonanı tərk edir

13 Oktyabr, 2017 14:04 | İdman | Baxış sayı: 232
Lionel Messi - futbolçu
Lionel Messi - futbolçu

Mövsümün sonunda futbolçu "Mançester Siti"yə transfer oluna bilər

Barselonanın hücumçusu və Argentina yığmasının futbolçusu 2017/18 mövsümünün sonunda təmsil etdiyi klubu tərk edə bilər.

İstiPress rus mətbuatına istinadən xəbər verir ki, Barselonanı tərk edərək İngiltərənin "Mançester Siti" klubuna keçməsi haqqında fikirlərini komanda yoldaşları ilə bölüşüb.

Futbolçunun Barselona ilə müqaviləsi 2018-ci ilin yayında bitir. Hələlik müqavilənin yenilənməsi barədə söhbətlər gəzsə də, reallıq başqa cürdür. 

Barselona argentinalıya həftəyə 555 min avro verməyə razıdır. Ümumilikdə isə klub ildə 90 milyon avro ödəməyə razıdır. Mançester Siti isə hücumçunun transferi üçün 400 milyon avro ödəyir.