Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşdü

13 Sentyabr, 2017 14:16 | İdman | Baxış sayı: 279
Rəşad Sadıqov
Rəşad Sadıqov

Həm baş məşqçi, həm də futbolçu

Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşüb.

İstiPress goal.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi eyni mövsümdə Çempionlar Liqasında həm baş məşqçi, həm də futbolçu kimi iştirak edib. Sadıqov "Qarabağ"ın kapitanı olmaqla yanaşı, həm də Ağdam təmsilçisinin U-19 komandasının baş məşqçisidir.

Ötən il Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan çempionu olan "Qarabağ"ın U-19 komandası da UEFA Gənclər Liqasında mübarizəyə start verib. Sadıqovun rəhbərlik etdiyi komanda qrupda ilk oyununda "Çelsi"yə Londonda 0:5 hesabı ilə uduzub.