Azərbaycanlı cüdoçu qızıl medal qazanıb

13 May, 2017 17:32 | İdman | Baxış sayı: 85
İslamiadanın medalları
İslamiadanın medalları

Bu çüdoçularımızın ilk qızıl medalıdır

Mayın 13-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan cüdoçuları ilk qızıl medalı qazanıblar. İstiPress-in məlumatına görə, qızıl medalı komandamızın aktivinə Erdenebat Bazarraqça yazdırıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmasına baxıblar.

Yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan E.Bazarraqçanın rəqibi digər təmsilçimiz Aişə Qurbanlı olub. E.Bazarraqça 1:0 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu adına layiq görülüb.