Azərbaycan cüdoçusu ilk mübarizəsini qələbə ilə başa vurdu

13 May, 2017 09:55 | İdman | Baxış sayı: 65
Kifayət Qasımova
Kifayət Qasımova

Azərbaycan təmsilçisi rəqibini məğlub edib

Bu gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışlarına start verilib.

İstiPress-in məlumatına görə, Azərbaycanın qadın cüdoçularından ilk olaraq tatamiyə 57 kq dərəcəsində Kifayət Qasımova çıxıb.

Onun rəqibi Mərakeş təmsilçisi Yoursa El Bouhairi olub. Gərkin keçən mübarzə nəticəsində Azərbaycan təmsilçisi rəqibini məğlub edib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.