Ağır atletika yarışlarında ölkəmiz ilk medalını qazandı FOTOLAR

13 May, 2017 18:42 | İdman | Baxış sayı: 78
Səbinə Əzimova
Səbinə Əzimova

Qalibimiz Səbinə Əzimovadır

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışında 53 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində birinci yerə türkiyəli idmançı Bediha Tunacı çıxıb. İstiPress xəbər verir ki, B.Tunacı birdən qaldırmada 80, təkanla qaldırmada isə 102 kiloqram nəticə göstərib. Ümumilikdə 182 kiloqramı ram edən türkiyəli atlet “Bakı-2017”nin çempionu olub. Yarışda ikinci yeri tutan indoneziyalı Devi Safitrin isə toplam 177 kiloqramlıq (78+99 kq) nəticə göstərib.

Həmyerlimiz Səbinə Əzimova isə 176 kiloqramlıq (75+101 kq) nəticə ilə bürünc mükafata yiyələnib. Daha bir təmsilçimiz Gülçin Əlizadə isə sıralamada dördüncü olub. 

İdmançılara medalları İslam Həmrəyliyi İdman Federasiyasının idarə heyətinin üzvü Adel Muhammad Zahra təqdim edib.