Məşhur idmançı ordenlə təltif edildi

13 Aprel, 2020 14:56 | İdman | Baxış sayı: 73
Faiq Həsənov
Faiq Həsənov

Prezident İlham Əliyev sərəncam verdi

Faiq Həsənov “Şərəf” ordeni ilə təltif olunub.

İstiPress-in məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında idman sahəsinin inkişafında xüsusi xidmətlərinə görə Faiq Zülfüqar oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Faiq Həsənov hazırda Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentidir.