Şahinyana qalib gələn Orxan Nuriyev 1/4 finala çıxıb
Azərbaycanlı idmançı erməni güləşçini məğlub edib. Yunan-Roma güləşçisi Orxan Nuriyev Ruminiyada keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini üstələyə bilib. 97 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Artur Şahinyana qalib gələrək 1/4 finala yüksəlib.
Xatırladaq ki, bundan öncə də Hacı Əliyev (65 kq) ermənistanlı Vazgen Tevanyana, gümüş medal qazanan Ağahüseyn Mustafayev (70 kq) isə David Safaryana qalib gəlib. Yunan-Roma güləşçilərindən finala yüksələn İslam Bayramov (87 kq) isə Maksim Manukyanı üstələyib.
Bu gün daha 4 güləşçisi mübarizəyə qoşulub.