Dərindən nəfəs alın, əlləri və ayaqları geniş açın...

13 Mart, 2018 12:25 | İdman | Baxış sayı: 161
İdman
İdman

Dövlət qurumlarında işləyənləri idmana məcbur etdilər

Səhər idmanı geri qayıdır. İstiPress-in məlumatına görə, Tacikistanda iş həftələri idmanla yekulaşacaq. Belə ki, ilin sonuna kimi hər həftənin şənbə günü Tacikistanın bütün şəhər və rayonlarında dövlət qurumlarının əməkdaşları üçün səhər idmanı olacaq. Bunu ölkənin idman və gənclərlə iş üzrə dövlət kimitəsinin rəhbəri Axtam Abdullozoda deyib. 

Onun sözlərinə görə, prezidentin icra aparatı artıq bu planı təsdiqləyib. Bu təşəbbüsün müəllifi də adıçəkilən aparatdır. 

İlk dəfə olaraq belə tədbir ötən həftə keçirilib. Şəhər stadionuna həftəlik səhər idmanına Tacikistanın İnşaat və Memarlıq Komitəsinin əməkdaşları çıxıblar. 

Bu həftə isə saat 07:00-da Dövlət televiziyası, torpaq və xəritəçəkmə, ailə və qadın məsələləri, ətraf mühitin qorunması komitələrinin əmədaşları, eləcə də Pedaqoji Universitetein tələbələri səhər idmanı edəcəklər.

Xatırladaq ki, ötən ilin yanvar ayından ölkənin bütün DİN əməkdaşları idmanla - qaçış, həftədə iki dəfə üzməklə məşğul olurlar. Ölkə başçısı onları buna vadar edib. Məqsəd daxili işlər orqanları əməkdaşlarının fiziki formada olmalarını təmin etmək, onları artıq çəkidən xilas etmək olub.