Bakıdakı Formula-1-in xərclərini kim ödəyir?

13 Fevral, 2018 10:40 | İdman | Baxış sayı: 106
Formula 1
Formula 1

Nazirdən rəsmi açıqlama

"Azərbaycan Bakıda keçirilən Qran Prinin keçirilməsi üçün sərf olunan ümumi xərcin 80 faizini ödəyir". İstiPress-in məlumatına görə, bunu TASS-a açıqlamasında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib. 

Onun sözlərinə görə, mərhələ yarışları zamanı turistlərin sayı 30 faiz artır. Şəhər infrastrukturu tam gücü ilə işləyir. A.Rəhimov bildirib ki, yarış zamanı ən çox Rusiyadan ölkəmizə turist axını müşahidə olunur.

"Əsas gəlir bilet satışından əldə olunur. Bizim reklam üçün nəzərdə tutulan yerlərimiz olmadığından, sponsorları cəlb edə bilmirik. Bütün hüquqlar "Formula 1" rəhbərliyinə aiddir".

Nazir deyib ki, ötən illə müqayaisədə bilet satışı da 30 faiz artıb. "Qran Pri ölkənin ən yaxşı reklamıdır". 

Qeyd edək ki, bu il Azərbaycanın Qran Prisi aprelin 27-dən 29-dək keçiriləcək.