"Mançester Yunayted"in futbolçusu Azərbaycana qarşı döyüşüb

13 Fevral, 2017 17:09 | İdman | Baxış sayı: 214
Henrik Mxitaryan
Henrik Mxitaryan

Henrik: "Bundan sonra ölkəndən çıxmağa icazə verdilər”

İngiltərənin “Mançester Yunayted” klubunun erməni futbolçusu Henrik Mxitaryan Azərbaycan-Ermənistan müharibəsindən danışıb.

İstiPress-in məlumatına görə, H.Mxitaryan Azərbaycana qarşı döyüşdüyünü deyib.

“Ermənistandan vəziyyət çox ağır idi, çünki həmin vaxt qonşularımızla çoxlu problemlərimiz var idi. Müharibə gedirdi. Vəziyyət çətin idi. Ölkəni tərk etməzdən əvvəl orduya getməli idim. Həmin vaxt 20 yaşım vardı. Bundan sonra ölkəndən çıxmağa icazə verdilər”, - erməni futbolçu bildirib.

H.Mxitaryan 2009-cu ildə Ermənistandan çıxıb və “Donetsk Metallurq”, “Donetsk Şaxtyor”, daha sonra isə “Borrusiya Dortmund” klubunda oynayıb.

Ötən yay isə Ermənistan futbol yığmasının oyunçusu İngiltərənin “Mançester Yunayted” klubuna keçib.

Henrik Mxitaryan
Henrik Mxitaryan