UEFA türklərin əsgər salamı ilə bağlı qərar verdi

12 Dekabr, 2019 18:59 | İdman | Baxış sayı: 159

Bunun emosiyalardan irəli gələn bir jest olduğu bildirlib

Türkiyə millisinin futbolçularının AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya və Fransa ilə keçirilən matçlarda əsgər salamı verməsiylə bağlı araşdırma yekunlaşıb.

İstiPress-in məlumatına görə, UEFA bununla bağlı "ay-ulduzlular"a cəza verməyi məqsədəuyğun hesab etməyib. Bunun emosiyalardan irəli gələn bir jest olduğu bildirlib.

Qeyd edək ki, türk futbolçular Albaniya və Fransa ilə görüşlərdə vurduqları qoldan sonra Suriyada hərbi əməliyyat keçirən ordularına dəstək olaraq əsgər salamı veriblər.