Millimiz UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı

12 Oktyabr, 2018 09:17 | İdman | Baxış sayı: 46
Matç
Matç

Farer adalarındakı matç 3:0 hesabı ilə bitib

Ötən gün Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. D liqasında III qrupda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 3-cü tur çərçivəsində Farer adaları yığmasının qonağı olub. Matç paytaxt Torshavnda “Torsvollur” stadionunda Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb. Milli komanda rəqibi 3:0 hesabı ilə məğlub edib. Matçda qolları Riçard Almeyda və Dmitri Nazarov vurub.

Beləliklə, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanaraq, xallarının sayını 5-ə çatdırıb.