"Qarabağ" "Çelsi"yə böyük hesabla uduzdu

12 Sentyabr, 2017 18:28 | İdman | Baxış sayı: 997
Qarabağ
Qarabağ

Görüşün ilk yarısı qolsuz başa çatıb

"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununu keçirib.

İstiPress xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv I tur çərçivəsində İngiltərənin paytaxtı Londonda "Çelsi"nin qonağı olub. Görüşün ilk yarısı qolsuz başa çatıb. Lakin matçın 49-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu İbrahim Qədirzadə qırmızı vərəqə aldıqdan sonra meydan sahibləri say üstünlüyündən lazımınca istifadə edərək, 5:0 hesablı ilə qalib gəliblər.

Qeyd edək ki, Qaydalara əsasən, ÇL-ə vəsiqə qazanan klubların U-19 komandaları avtomatik olaraq, Gənclər Liqasında çıxış edirlər. Onların oyunları əsas komandanın qarşılaşmasının keçirildiyi gün olur.

UEFA Gənclər Liqası

Qrup mərhələsi, I tur

"Çelsi” (İngiltərə) – "Qarabağ” (Azərbaycan) - 5:0

Qollar: Kollum Hadson Odoy, 54. Trevoh Çaloboh, 63; 71; 74. Çarli Braun, 80

Qırmızı vərəqə: İbrahim Qədirzadə, 49 ("Qarabağ")

"Çelsi” klubunun təlim-məşq mərkəzinin stadionu

Baş hakim: Robert Hennessi

Baş hakimin köməkçiləri: Darraq Kiqan, Darren Keri (hamısı İrlandiya)

Dördüncü hakim: Con Basbi (İngiltərə)

UEFA nümayəndəsi: Bert Andersson (İsveç)

UEFA hakim-inspektoru: Peter Cons (İngiltərə)