Həbs təhdidindən rekorda uzanan yol - Ramil danışdı FOTO

12 Avqust, 2017 08:51 | İdman | Baxış sayı: 327
Ramil Quliyev
Ramil Quliyev

"O gündən sonra hər zaman..."

Londonda keçirilən Atletika Çempionatında Türkiyəni təmsil edərək rekorda imza atan Ramil Quliyev kimdir? İstiPress-in məlumatına görə, Türkiyənin adını qızıl hərflərrlə idman tarixinə yazdıran Ramil iki gündür mətbuataın gündəmindən düşmür. Həbs təhdidindən dünyanın ən sürətli insanı hesab edilən Useyn Boltun taxtına çıxan azərbaycanlının həyatı haqqında maraqlı faktlar kifayət qədərdir. 

Ramil Quliyev 2011-ci iləd Türkiyə vətəndaşlığına keçmək qərarı verib. 27 yaşlı çempion bəzi hüquqi səbəblərlə bağlı olaraq 2013-cü ilə qədər Türkiyənin adından yarışlara qatıla bilməyib. Belə ki, Azərbaycan Atletika Federasiyasının icazəsi olmadan 3 il “ay-ulduzlu” formanı geyinə bilməzdi. 

Ramilin atası da özü kimi atlet olub - o tanınmış idmançı Eldar Quliyyevin oğludur. 

Yamaykalı sprinter Usein Boltun 4 ildir ki, sahib olduğu rekordun sahibidir. Bu uğurun səbəbi nədir? Ramil özü haqqında ən maraqlı məqamları "Hürriyət"ə danışıb. 

İdmançı ən böyük dəstəkçisi, məşqçisi olan atasını 2010-cu ildə infarkt nəticəsində itirib. "2007-ci il 29 may idi... O anlar tez-tez ağlıma gəlir. 17 yaşım bitirdi. Bakıda, Azərbaycan çempionatında 200 metrdə 20.62 saniyəlik nəticə göstərmişdim. Atam və məşqçimlə çay evinə getmişdik. Orada atam mənə bir söz dedi. "“Bu yaşında 21 saniyədən az nəticə göstərdin. Hələ də inana bilmirəm. Bundan sonra limitin yoxdur, hər şeyi bacara bilərsən". Bu sözlərdən sonra dünyalar mənim oldu. Atam karyerasında 21.00 saniyə nəticəyə sahib idi. O gündən sonra hər zaman atamdan güc aldım". 

2010-cu ildə "Fenerbaxça"ya transfer olub Türkiyəyə köçən gənc bir il sonra bu ölkənin vətəndaşlığını alır. 2012-ci idlə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov idmançını "qarşılanması mümkün olmayan maddi tələblər irəli sürməkdə" ittiham edib. Ramil isə Türkiyədə atletika imkanlarının daha geniş olduğunu deyərək bu ölkəni seçdiyini qeyd edib. 

O, Azərbaycan vətəndaşlığından çıxarılma və ölkəsinə qayıdacağı təqdirdə həbs edilmə təhdidləri ilə qarşı-qarşıya qalıb. Lakin yaranmış çətinliklərə baxmayaraq Ramil iki il sonra Rürkiyə forması ilə yarışlara qatılma haqqı qazandı.