Gələn il Bakıda "Formula 1" nə vaxt olacaq?

12 İyul, 2018 15:12 | İdman | Baxış sayı: 70
"Formula 1"
"Formula 1"

8 mərhələnin vaxtı bilindi

2019-cu il Formula 1 mövsümünün 8 mərhələsinin tarixləri məlum olub. Mövsümün ilk yeddi yürüşünün və çempionatın sonuncu mərhələsinin tarixləri açıqlanıb. Təqvimin qalan hissəsi Mayami Qran Prisinin baş tutub-tutmayacağından asılı olacaq, çünki Mayami ilə “Liberty Media” şirkəti arasında kontrakt bağlanması məsələsində bəzi çətinliklər yaranıb.

Çempionatın startı martın 17-ə təyin edilib, sonuncu mərhələ isə dekabrın 1-də Əbu-Dabidə keçiriləcək.

2019-cu il mövsümü üçün Formula1 mərhələlərinin təqvimi:

17 mart – Avstraliya Qran Prisi

31 mart – Bəhreyn Qran Prisi

14 aprel – Çin Qran Prisi

28 aprel – Azərbaycan Qran Prisi

12 may – İspaniya Qran Prisi

26 may – Monako Qran Prisi

9 iyun – Kanada Qran Prisi

1 dekabr – Əbu-Dabi Qran Prisi.