Futbolçularımızdan biabırçı məğlubiyyət

12 İyun, 2019 09:22 | İdman | Baxış sayı: 104
Millimiz Slovakiya ilə oyunda
Millimiz Slovakiya ilə oyunda

Slovakiya millimizin qapısından 5 qol keçirdi

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv bu dəfə Slovakiyanı qəbul edib. "Bakcell Arena"da keçirilmiş qarşılaşma Azərbaycan yığmasının 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Matçın 29-cu dəqiqəsində Ramil Şeydayev Azərbaycan millisininin ilk və son qolunu vurub. İlk hissə 3:1 hesabı ilə başa çatıb. fasilədən sonra rəqib daha iki qola imza atıb. 

Bu nəticədən sonra Slovakiya xallarının sayını 6-ya çatdırıb. Azərbaycanın isə 3 oyundan sıfır xalı var.