Bakıda tatamiyə çıxan idmançının cibindən telefon düşdü VİDEO

12 May, 2019 13:25 | İdman | Baxış sayı: 106
Tatamiyə düşən telefon
Tatamiyə düşən telefon

Anri Equtidze buna görə yarışdan kənarlaşdırılıb

Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində maraqlı hadisə baş verib. Portuqaliyalı idmançı Anri Equtidzenin cibindən yarış zamanı mobil telefon düşüb.

Qaydalara əsasən, tatamiyə kənar əşyalar gətirmək qadağandır. Bunun üçün o yarışlardan uzaqlaşdırılıb.

Hadisə isveçli Robin Paçeklə görüşün 13-cü saniyəsində qeydə alınıb. Rəqibi düşən telefonu götürərək hakimə təqdim edib. 

Gürcü mənşəli portuqaliyalı, çox güman ki, telefonunu soyunub-geyinmə otağında gizlətməyi unudub və beləcə tatami üzərinə çıxıb.