Lentlə oynayan qızların yarışına start verildi

12 May, 2017 12:00 | İdman | Baxış sayı: 49

Bədii gimnastika üzrə yarışlara start verildi

Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlara start verilib. İstiPress-in məlumatına görə, bu gün oyunlar çərçivəsində gimnastlar halqa və topla çıxış edəcəklər. Azərbaycanı bu yarışlarda Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova təmsil edəcəklər.

Qeyd edək ki, bu gün açılış mərasimi keçiriləcək Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.