"Azərbaycanlı terminator" Soçidə döyüşəcək

12 Aprel, 2017 14:01 | İdman | Baxış sayı: 143
Artyom Frolov və Taleh Nəcəfzadə
Artyom Frolov və Taleh Nəcəfzadə

May ayının 19-u Soçidə "M-1 Challenge 77" turniri keçiriləcək.

İstiPress xəbər verir ki, yarışda "Azərbaycan terminatoru" ləqəbli idmançı Taleh Nəcəfzadə iştirak edəcək. O, Rusiyanın ən güclü idmançısı olan Artyom Frolov ilə döyüşəcək.

Taleh Nəcəfzadə gücü və döyüş taktikası ilə seçilən Azərbaycan idmançısıdır. Onun fiziki gücü, döyüş fəndləri və ağır zərbələri ona "Azərbaycan terminatoru" ləqəbini qazandırıb. Döyüşlərdən hər zaman qalib çıxan həmyerlimiz yalnız sonuncu döyüşdə hesabı heç-heçə edib.

Artyom Frolov da ən güclü idmançılardan hesab olunur. O, indiyədək çıxdığı bütün rəqiblərinə qalib gəlib. 8 döyüş keçirən rusiyalı idmançı 8 dəfə qalib olub.

İstiPress xəbər verir ki, bu haqda danışan Taleh Nəcəfzadə bu döyüşə xüsusi hazırlaşdığını bildirib:

"Növbəti sınağım bu liqanın reytinqində 1 nömrəli döyüşçü olan Artyom Frolov ilə olacaq. Qələbə Allahdandır! Bu döyüş karyeramın ən çətin sınağı olacaq".