Komanda yoldaşının testi müsbət nəticə verib
Kriştianu Ronaldo karantinə alınıb.
İstiPress-in məlumatına görə, bu barədə “Sky İtalia” nəşri məlumat yayıb.
O, doğulduğu Portuqaliyanın Madeyra şəhərinə qayıtdıqdan sonra karantinə alınıb.
Səbəb isə Ronaldonun koronavirusun yayıldığı müddətdə İtaliyada olması və komanda yoldaşı Daniele Ruqaninin testinin müsbət nəticə verməsidir.
Qeyd edək ki, Daniele Ruqanidə koronavirus aşkarlandıqdan sonra Kriştianu Ronaldo “Yuventus”un məşqlərindən imtina edərək Portuqaliyaya yollanıb.