Olimpiya oyunların ev sahibi milyardlar qazandı

12 Yanvar, 2017 14:53 | İdman | Baxış sayı: 43
Rio 2016 - Yay Olimpiya oyunlarının açılış mərasimi
Rio 2016 - Yay Olimpiya oyunlarının açılış mərasimi

12 ayda 6,5 milyon əcnəbi turist gəlib

Braziliyanın Turizm Nazirliyi 2016-cı ildə keçirdikləri Yay Olimpiya Oyunlarının ölkəyə rekord sayda turist cəlb etdiyini təsdiqləyib.

İstiPress-in məlumatına görə, 12 ayda 6,5 milyon əcnəbi turist gəlib. Bu da daha əvvəlki illə müqayisədə 4,8 faiz çoxdur. 2016-cı ildə Braziliya turizmdən 6,2 milyard dollar qazanıb ki, bu da əvvəlki illə müqayisədə 6,2 faiz çoxdur. Rio-de-Janeyroda yarışların keçirildiyi bir sıra arenalar, idman mərkəzləri federal hökumətin nəzarətinə verilib.