Məşhur klub avrokuboklardan uzaqlaşdırıldı

12 Yanvar, 2017 10:35 | İdman | Baxış sayı: 25
"Partizan" klubu
"Partizan" klubu

Klubun UEFA-ya borcu var

Serbiyanın tanınmış komandalarından "Partizan" ağır cəzaya məruz qalıb. İstiPress-in məlumatına görə, Belqrad təmsilçisi 3 il müddətinə avrokuboklardan kənarlaşdırılıb.

Bu barədə UEFA-dan açıqlama yayılıb. Bildirilib ki, "ağ-qaralar"ın son 5 ildə 3 dəfə borclarını ödəmədiyi, buna görə klubun 3 il müddətinə avrokuboklardan kənarlaşdırıldığı qeyd edilib. Qeyd edək ki, "Partizan"ın ötən ilin sentyabrına kimi 2,5 milyon avro borcu olduğu vurğulanıb.