"Çelsi"nin gözü "Fənərbağça"nın futbolçusunda

12 Yanvar, 2017 11:51 | İdman | Baxış sayı: 21
Simon Kyaer - futbolçu
Simon Kyaer - futbolçu

İngilis klubu Simon Kyaeri üçün 18 milyon avro ödəməyə hazırdır

"Çelsi"nin növbəti transfer hədəfi müəyyənləşib.  İstiPress-in məlumatına görə, London klubu "Fənərbağça"nın müdafiəçisi Simon Kyaeri heyətinə qatmaq istəyir. Danimarkalı futbolçu üçün "Çelsi" 18 milyon avro ödəməyə hazırdı. Hələlik "Fənər"in bu təklifi necə dəyərləndirəcəyi bilinmir. 

Qeyd edək ki, İstanbul klubunda ikinci mövsümünü keçirən Kyaer Türkiyə Superliqasında meydana çıxdığı 42 oyunda 3 qol vurub.