İranda 40 il sonra ilk FOTO

11 Oktyabr, 2019 09:57 | İdman | Baxış sayı: 126
İranlı qadınlar stadionda
İranlı qadınlar stadionda

Qadınlar stadiona axışdılar

İranda 40 il sonra ilk dəfə olaraq qadınlara futbol matçını stadiondan izləməyə icazə verilib. 1979-cu ildə baş verən inqilabdan qısa müddət sonra qadınların stadionlara girişi yasaqlanmışdı. 

Qadın azarkeşlər 2022-ci il FIFA Dünya Kuboku çərcivəsində C qrupunda yarışan İran -Kamboça oyununa Tehrandakı Azadi stadionunda canlı baxıblar. Tribunlarda 3500-ə yaxın qadın olub.

İranlı qadınların stadiona yolu bir müddət öncə baş verən insidentdən sonra açılıb. Belə ki, bir neçə ay öncə gizli yollarla stadiona girməyə çalışan və yaxalanan, "mavi qız" ləqəbli Səhər Hudayari qadağaya etiraz olaraq özünü yandırmışdı.