Milli Olimpia Komitasinin vitse-prezidenti Çingiz Hüseynzadə Portuqaliyada keçiriləcək seminarda İştirak edəcək
Oktyabr 12-16-də Portuqaliyanın Fuşal şəhərində Avropa Atletika Assosiasiyasının konvensiyası keçiriləcək. İstipress.com saytının məlumatına görə, tədbirdə Milli Olimpiya Komitasinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və yığmanın baş məşqçisi Məhərrəm Sultanzadə iştirak edəcək.
Konvensiya çərçivəsində adı çəkilən təşkilatın üzv federasiya rəhbərlərinin seminarı da olacaq. Tədbir çərçivəsində komissiyaların üzv federasiya rəhbərlərinin 3 sessiyadan ibarət forumu keçirilməsi nəzərdə tutulur.