İllərdir komada olan məşhur oyandı

11 Sentyabr, 2019 16:50 | İdman | Baxış sayı: 200
Şumaxer
Şumaxer

Kök hüceyrə müalicəsi effekt verib

İllərdir komada olan avtoyürüşçü Mixail Şumaxer oyandı. Bunu əfsanəvi pilotun qulluğunda dayanan tibb bacısı deyib. Onun sözlərinə görə, kök hüceyrə müalicəsi effektini verib. 

F1 pilotu iki gün öncə kök hüceyrə müalicəsi üçün Pamrisdəki "Georges-Pompidou" xəstəxanasına yerləşdirilmişdi. "Bəli, Şumaxerə mən baxıram. Onun oyandığına və huşunun yerində olduğunu deyə bilərəm". Bunu İngiltərə mətbuatı tibb bacısına istinadla yazıb. Onun bu gün xəstəxananı tərk edəcəyi gözlənilir. 

Xatırladaq ki, Şumaxer 2013-cü ildə Alp dağlarında xizək rürərkən yıxılmış və başından zədə almışdı. Bundan sonra o illərdəir komada idi. Müxtəlif ölkələrdə aparılan ən bahalı müalicələr belə nəticəsiz qalmış, pilot özünə gəlməmişdi.