"Qarabağ"dan jest

11 May, 2019 17:01 | İdman | Baxış sayı: 89
"Qarabağ" FK oynayır
"Qarabağ" FK oynayır

Azərkeşlərə 35 min manatlıq bilet paylanılıb

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Neftçi”nin qonağı olacaq “Qarabağ” klubu 700 bilet alaraq azarkeşlərinə paylayıb.

“Neftçi”nin “Qarabağ”la bu gün keçirəcəyi matça biletləri 50 manata satması böyük müzakirələrə səbəb olub.

Ağdamlıların tərəfdarlarının qiymət artımından sonra stadiona gəlib-gəlməyəcəyi sual altına düşmüşdü. Klub qiyməti 50 manat olan biletləri əldə edib. Bu isə 35 min manat edir.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlayacaq. Matç bitəndən sonra mükafatlandırma mərasimi keçiriləcək.