Bakıdakı "Formula 1"ə gələn dünya ulduzu bilindi

11 Aprel, 2019 09:08 | İdman | Baxış sayı: 107
Cardi B
Cardi B

O, aprelin 28-də səhnəyə çıxacaq

"Formula 1" üzrə Azərbaycan Qran Prisi çərçivəsində konsert proqramı ilə çıxış edəcək ikinci və son ulduz qonaq bəlli olub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, bu, Cardi B ləqəbli Belkalis Almanzardır.

ABŞ-dan olan müğənni 28 apreldə Bakı Kristal Zalında səhnə alacaq.

Qeyd edək ki, "Formula 1" zamanı Bakıda çıxış edəcək ilk ulduz Sem Smitdir. Britaniyalı müğənninin konserti aprelin 27-də olacaq.