Cudoçumuz beynəlxalq turnirdə qızıl medal qazandı

11 Mart, 2017 19:52 | İdman | Baxış sayı: 82
Rüfət İsmayılov
Rüfət İsmayılov

Azərbaycan "Böyük Dəbilqə" turnirində ilk qızıl medalını qazanıb

Azərbaycanın cüdo yığması Bakıda keçirilən Böyük Dəbilqə turnirində ilk qızıl medalını qazanıb.

İstiPress-in “Report”a istinadən məlumatına görə, 81 kq. çəki dərəcəsində mübarizə aparan Rüfət İsmayılov həlledici görüşdə iranlı Afiq Səfərli Səid Mollayiyə qalib gəlib.

O, ardıcıllıqla Sünnatulla Əzimov (Özbəkistan), Dorin Qotonoaqa (Moldova), İvaylo İvanov (Bolqarıstan) və Kenya Koharaya (Yaponiya) qalib gələrək, finala vəsiqə qazanıb.

Mükafatlandırma mərasimindən sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev cüdoçumuzu qələbə münasibətilə təbrik edib.