Onun yaşını eşidənlər qulaqlarına inanmır FOTO

11 Fevral, 2019 14:25 | İdman | Baxış sayı: 166
İris Davis
İris Davis

75 yaşlı qadın kişilərə də meydan oxuyur

75 yaşlı amerikalı qadın onu görənləri ilk görüşdən təəccübləndirə bilir. Buna səbəb isə onun bədən formasıdır. Normal vəziyyətlərdə insanlar yaşları artdıqca ağır fiziki gərginlikdən, işlərdən uzaq dayanmağa üstünlük verirlər. Amma bu fikirlər İris Davisə aid deyil. Bu qadın yaşının çoxluğuna baxmayaraq bodibildinqlə məşğuldur. 

Gənc yaşlarından idmana maraq göstərən qadının çempionluqları da var. 50 illik idman həyatında o 11 fərqli nominasiyada qalibiyyətlər əldə edib.

Floridada yaşayan yaşlı qadın əzələləri ilə nəinki özündən gənc qadınlara, hətta kişilərə belə meydan oxuyur. Hazırda fərdi məşqçilik edən İrisin tələbələrinin sayı həddindən artıq çoxdur.