Ronaldo Messidən incidi: "Məni təbrik etmədi"

11 Yanvar, 2017 17:37 | İdman | Baxış sayı: 40
Ronaldo və Messi
Ronaldo və Messi

Futbolçu həmişə klubun istədiyini edir

"Real Madrid"in ulduz futbolçusu Kriştanu Ronaldu "Barselona" futbolçularının FİFA-nın "The Best" mükafatının təqdimat mərasiminə gəlməməsindən narazılıq edib. İstiPress-in məlumatına görə, portuqaliyalı futbolçu bunları deyib:

"Messidən təbrik mesajı almamışam. Onun nömrəsi məndə yoxdur. O, "Qızıl top"u qazananda həmişə təbrik etmişəm. Amma Sürixdəki mərasimdə Messi yox idi. Məni heç təbrik də etmədi. İstərdim ki, mərasimdə təkcə Messi yox, "Barselona"nın digər futbolçuları da iştirak edərdi. Başa düşürəm, İspaniya Kubokunda çətin oyunları vardı. Futbolçu həmişə klubun istədiyini edir. Mən də həmçinin. Bütün "Qızıl top"un təqdimetmə mərasimlərində olmuşam. Hər dəfə namizədlər sırasına daxil edilsəm, yenə də gələcəm".