"Yumşaq İslama" keçən ölkədə məst edən qərar

10 Noyabr, 2017 09:33 | İdman | Baxış sayı: 241
Ərəb idmançılar
Ərəb idmançılar

Qadın komandaları yaradılır

"Yumşaq İslama" keçməyə hazırlaşan Səudiyyə Ərəbistanında son zamanlar baş verənlər dünyanın gündəmindən düşmür. İslahatlar dalğası son bir neçə ayda sürətini əhəmiyyətli dərəcədə artırıb.

Öncə illərlə mübarizə aparan qadınlara sürücülük hüququnun verilməsi, daha sonra onların stadionlarda keçirilən yarışları izləməyinə icazə, bir neçə gün öncə isə aralarında şahzadələrin də olduğu milyonçuların həbsindən sonra daha bir inqilabi addım atılıb.

İstiPress-in məlumatına görə, indi də Səudiyyədə basketbol turnirinə hazırlıq başlayıb. Həm də qadınlar arasında. 

Turnir gələn həftənin cümə günü başalayacaq. Tamamilə qadınılardan ibarət 6 komanda Ciddədə mübarizə aparacaq.