Millimiz UEFA Millətlər Liqasında ikinci oyuna çıxır

10 Sentyabr, 2018 08:59 | İdman | Baxış sayı: 50
Qurban Qurbanov - baş məşqçi
Qurban Qurbanov - baş məşqçi

Komandamız bu gün Malta ilə qarşılaşacaq

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında ikinci oyununu keçirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Malta yığmasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Malta və Azərbaycan komandaları indiyə qədər 6 dəfə qarşılaşıblar. Malta millisi bu il keçirdiyi 5 oyunun heç birində qələbə qazana bilməyib.

Q.Qurbanov bu görüşün həm rəqib, həm də millimiz üçün önəmli olduğunud eyib. "Malta ilə görüşə qədər vaxtımız az olsa da, rəqibi yaxşı analiz etmişik. Futbolçularımız qarşılaşmaya hazırdır”.

Bu günki oyunun baş hakimi Nikola Dabanoviçdir.  Matç Ta Qali Milli stadionunda baş tutacaq.