Rafiq Hüseynov Manukyana 9:1 hesabı ilə qalib gəlib
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Qran-pri turnirində finala yüksəlib. 82 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Ermənistan təmsilçisi Maksim Manukyanı məğlubiyyətə uğradıb - 9:1.
97 kq-dakı Orxan Nuriyev də finala vəsiqə qazana bilib. O, yarımfinalda dünya çempionu fransalı Melonen Numonvini məyus edib.
Sərbəst güləşçilərdən isə Hacımurad Məhəmmədsəidov (86 kq) finala adını yazdırıb.
Qeyd edək ki, bu çəki dərəcələrindəki medal görüşləri sabah keçiriləcək.