Azərbaycanlı idmançı Avropada tarix yazıb türklərin ürəyini fəth etdi

10 Avqust, 2018 09:00 | İdman | Baxış sayı: 257
Ramil Quliyev
Ramil Quliyev

Türkiyə üçün yarışan sprinter qızıl medalını şəhidlərə həsr etdi

Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil Quliyev Avropada tarix yazıb. İstiPress-in məlumatına görə, idmançı Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatının qalibi olub. O, qızıl medal qazanıb.

28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb və finişə 19,76 saniyəyə çataraq rekord vurub. R.Quliyev zəfərini şəhidlərə həsr edib və finalda hər kəsi hərbçi salamı verib.

Böyük Britaniyadan olan Netaneel Mitcell-Bleyk 20,04 saniysə ilə gümüş, isveçrəli Aleks Uilson isə bürünc medala sahib çıxıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da atleti qələbə münasibəti ilə təbrik edib. O, idmançıya şəxsən zəng edib.

Xatırladaq ki, Ramil Quliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda eyni məsafəyə qaçışda dünya çempionu olub.