Azərbaycan Suriyanı qabaqladı

10 Avqust, 2017 15:04 | İdman | Baxış sayı: 172
Azərbaycan millsinin futbolçuları
Azərbaycan millsinin futbolçuları

Hazırda dünyanın ən güclüsü Braziliyadır

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

İstiPress xəbər verir ki, yığmamız yeni cədvəldə 79-cu pillədə qərarlaşıb. Ötən ayla müqayisədə bir pillə irəliləyən komandamızın aktivində 427 xal var.

Siyahıda Qətərdən geri qalan millimiz Suriyanı qabaqlayır. Reytinq xalına görə hazırda dünyanın ən güclüsü Braziliyadır. Almaniya ikinci, Argentina isə üçüncü sıradadır.