Bakıda dördqat Avropa çempionu qız intihar etdi

10 İyul, 2019 10:33 | İdman | Baxış sayı: 218

Yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb

Bakıda 18 yaşlı Avropa çempionu gimnast Aynur Məmmədzadə intihar edib.

İstiPress-in məlumatına görə, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.

2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Qeyd edək ki, A.Məmmədzadə akrobatika üzrə dördqat Avropa çempionudur.