Bu oyunda medal qazanan idmançı 150 min pul alacaq

10 İyun, 2019 12:59 | İdman | Baxış sayı: 77
Azərbaycan manatı
Azərbaycan manatı

Azərbaycan II Avropa Oyunlarının medalçılarına nə qədər mükafat verəcək?

Minskdə keçiriləcək 2019 II Avropa Oyunlarında medal qazanacaq idmançıların alacağı mükafat bəlli olub. Bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yarışda iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə görüşdə bildirib. O deyib ki, yeni qərar qəbul olunmasa, bu, "Bakı 2015" I Avropa Oyunlarındakı mükafatla eyni olacaq.

Qeyd edək ki, ilk Avropa Oyunlarında I yeri tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), onun şəxsi məşqçisinə 75 min manat (Prezidentin sərəncamı ilə 50 min + MOK tərəfindən 25 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), onun şəxsi məşqçisinə 40 min manat (Prezidentin sərəncamı ilə 25 min + MOK tərəfindən 15 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), onun şəxsi məşqçisinə 25 min manat (Prezidentin sərəncamı ilə 15 min + MOK tərəfindən 10 min) pul mükafatı verilib.

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək.