Rusiyaya 4 illik qadağa qoyuldu

09 Dekabr, 2019 14:30 | İdman | Baxış sayı: 104
Rusiyaya qadağa
Rusiyaya qadağa

İdmançılar olimpiadalarda çıxış etməyəcək, yarış üçün müraciət qəbul edilməyəcək

Rusiya irimiqyaslı yarışlardan, o cümlədən olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub. Bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi yekdilliklə qərar verib.

Qərara əsasən Rusiya 4 il ərzində dünya çempionatları keçirmək və  onların keçirilməsi üçün müraciət etməkdən məhrum edilir. Ölkəni təmsil edən idmançılar Olimpiyada və dünya miqyaslı yarışlarda milli bayraq altında iştirak edə bilməyəcəklər. 

Dörd illik qadağa dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil olunub.