“Qarabağ” – “Çelsi” oyununa möhtəşəm bilet satışı

09 Noyabr, 2017 17:57 | İdman | Baxış sayı: 1719
Qarabağ - Çelsi oyunu
Qarabağ - Çelsi oyunu

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcəyi oyun üçün nəzərdə tutulan 67200 biletin 50 faizindən çoxu satılıb.

İstiPress-in məlumatına görə, Ağdam təmsilçisinin rəsmi “Facebook” səhifəsində bildirilir ki, artıq 45 min bilet azarkeşlər tərəfindən alınıb.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.

“Qarabağ” – “Çelsi” oyununun afişası
“Qarabağ” – “Çelsi” oyununun afişası