Fransa azərbaycanlı futbolçunu ölkəyə buraxmadı

09 Oktyabr, 2019 10:11 | İdman | Baxış sayı: 79
Futbol topu
Futbol topu

Tural Bayramlı bu gün geri göndəriləcək

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb. 

AFFA-nın məlumatına görə, U-21-in heyətində Fransaya yollanan T.Bayramlı sabah - oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək. 

Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib. AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Tural Bayramlı ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edib.