DÇ-2018: Almaniya Azərbaycanı məğlub etdi - 5:1

09 Oktyabr, 2017 08:12 | İdman | Baxış sayı: 101
Futbol topu
Futbol topu

Komandamızın yeganə qolunu Ramil Şeydayev vurub

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib. Millimiz bu dəfə Almaniya yığması ilə qarşılaşıb. İstiPress-in məlumatına görə, matç Kayzerslautern şəhərindəki "Frits Valter" stadionunda baş tutub. Oyun millimizin böyük hesablı məğlubiyyəti ilə bitib 5:1.

İlk qolun müəllifi Leon Qoretskan olub. Millidə ilk qola isə Ramil Şeydayev imza atıb. İlk hissə 1:1 hesabı ilə yekunlaşıb. Fasilədən sonra isə meydan sahibləri fəallaşıblar. Nəticədə ikinci hissədə almanlar daha 4 qola imza atıblar. 

Beləliklə, Almaniya millisi C qrupunda 10 görüşünün hamısını qələbə və 30 xalla başa vuran yeganə komanda olub. Azərbaycan millisi 10 xalla 5-ci yerdə qalıb.