Bu gün futbolçularımız Xorvatiya ilə üz-üzə gəlir

09 Sentyabr, 2019 09:43 | İdman | Baxış sayı: 26
Milli komandanın oyunu
Milli komandanın oyunu

Oyun Avro-2020-nin seçmə mərhələsi çərçivəsində baş tutacaq

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində bu gün futbol üzrə Azərbaycan milli komandasının Xorvatiya ilə oyunu baş tutacaq. Qarşılaşma saat 20:00-da “Bakcell Arena”da keçiriləcək.

CBC Sport televiziya kanalında canlı yayımlanacaq qarşılaşmanı isveçrəli hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Scharer, köməkçiləri Stephane De Almeida, Alain Heiniger və Fedayi Sandır.

İki komanda indiyədək 3 dəfə üz-üzə gəlib. AVRO-2016-nın seçmə mərhələ matçlarından birincisi Xorvatiyanın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. 2014-cü il oktyabrın 13-də Osiyek şəhərində keçirilmiş görüşdən sonra Azərbaycan millisinin ovaxtkı baş məşqçisi Berti Foqts istefa verib. 2015-ci il sentyabrın 3-də Bakıda oynanılmış qarşılaşma isə qolsuz nəticələnib.  Martın 21-də Zaqrebdə baş tutmuş görüş Xorvatiyanın qələbəsi ilə bitib - 2:1.