Ronaldu uşağa görə avtobusunu dayandırmağa məcbur oldu - VİDEO

09 İyun, 2019 15:33 | İdman | Baxış sayı: 120
Ronaldu
Ronaldu

Hollandiya millisi ilə qarşılaşmaq üçün keçdiyi növbəti məşqdən qayıdan zaman baş verib

Portuqaliya millisi və "Yuventus"un forvardı Kriştianu Ronaldu kiçik azarkeşlə şəkil çəkdirmək üçün yığma komandanın avtobusunu dayandırıb.

İstiPress "A Bola" nəşrinə istinadən xəbər verir ki, hadisə Portuqaliya yığması Millətlər Liqasının finalında Hollandiya millisi ilə qarşılaşmaq üçün keçdiyi növbəti məşqdən qayıdan zaman baş verib.

Bildirilir ki, leykemiya xəstəsi olan 11 yaşlı uşaq əlində "Kriştianu Ronaldu, qucaqla məni" yazılarının olduğu plakatla yol kənarında dayanıb. Həmin uşağı görən Ronaldu avtobusu dayandırıb və onun xahişini yerinə yetirib.